Nikol dərhal geri çəkilməlidir, Bakı məhv edəcək – Çələbyan

15.05.2023 13:02     Sosreaksiya     433

“Paşinyan dünən Brüsseldə keçirilən görüşdə birmənalı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Bakı isə Qarabağın qarşılığında heç bir öhdəlik götürmədi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Avetik Çələbyan deyib.

“Bu, Paşinyanın dövlət xadimi kimi total məğlubiyyətidir. Bunun isə təkcə Qarabağ yox, eləcə də Ermənistanın sərhəd bölgələri üçün nəticəsi olacaq. Bu, təkcə Qarabağın məhv edilməsinə yox, həmçinin Ermənistanın Azərbaycanla Türkiyə tərəfindən udulmasına gətirib çıxaracaq”, – o bildirib.

Çələbyan Paşinyanın Brüsseldəki bəyanatından dərhal imtina etməli olduğunu söyləyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar