Xankəndidə təşviş: Araik Bakıya təcili çağırış etdi
24.05.2023 12:28 Sosreaksiya 597
Xankəndidəki saxta rejimin oyuncaq rəhbəri Araik Arutyunyan Ermənistanı onların maraqlarını qurban verməməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, o, ermənilərə müraciətində qondarma “parlamentin” Paşinyana qarşı qəbul etdiyi son “bəyanatı” qətiyyətlə dəstəklədiyini bildirib.
Maraqlı məqam Arutyunyanın çıxışı zamanı Rusiyanı da İrəvan kimi hədəfə çevirməsi olub. Belə ki, Rusiya Prezidenti Vladimir Putinə müraciət edən Araik Qarabağdakı vəziyyətə görə məsuliyyəti sülhməramlıların üzərinə atmaqla onların hərəkətə keçmələrini istəyib.
Arutyunyan çıxışı zamanı Bakıya müraciət etməyi də unutmayıb. Azərbaycanla “danışıqlara” hazır olduğunu deyən erməni separatçı bu “danışıqların beynəlxalq formatda və öz müqəddəratını təyinat əsasında aparılmalı” olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Qarabağda heç bir şəxsi rəsmi tərəf kimi tanımadığını dəfələrlə bəyan edib və Xankəndidəki heç bir oyuncaq “vəzifəni” qəbul etmədiyini açıqlayıb. Xankəndi də daxil olmaqla sülhməramlıların nəzarətindəki digər ərazilər Azərbaycanın suveren əraziləridir.
Şərhlər