Ermənilər Azərbaycana qayıdır? – 24 kənd mesajı verildi

24.05.2023 12:42     Sosreaksiya     454

“İndi heç kim Başkəndə dönməyə risk etməz, çünki buranı 24 Azərbaycan kəndi əhatə edir”.

Globalinfo.az xəbər verir ki, bunu Başkəndin keçmiş erməni sakini, hazırda mer müavini olan Liza Lazaryan deyib.

“Yaxşı, deyək ki, Başkəndi qaytaracaqlarını deyirlər. Ora qayıtmağa kim risk edəcək? Heç kim qayıtmayacaq”, – o bildirib.

Lazaryan heç bir zəmanətin onları kəndlərinə dönməyə razı salmayacağını söyləyib:

 

“Həmin gərgin günlərdə kəndimizə Vazgen Sərkisyan (Ermənistanın keçmiş baş naziri, sonradan 1998-ci ildə parlament teraktında öldürüldü – red.) gəlmişdi. O dedi ki, kəndi saxlamaq mümkün deyil. Onu saxlamaqdan ötrü ən azı 18 min əsgər lazımdır ki, ətrafa nəzarət edə biləsən”.

Lazaryan Paşinyanın Başkənddən olan erməniləri “arzuolunmaz qonşular” adlandırdığını deyib. Bununla belə, Lazaryan özünün şəxsən Ermənistandakı Azərbaycan eksklavlarının Başkəndlə dəyişdirilməsinə qarşı olduğunu, çünki həmin ərazilərə bir daha dönməyəcəyini vurğulayıb.

Reaksiya.az

Şərhlər