Bakının sülh ritorikasını pozmaq istəyirlər - Separatçılar azğınlaşır: Ordumuz tətikdə
29.05.2023 12:36 Sosreaksiya 529
"Son kiçik və lokal antiterror əməliyyatları sayəsində ordumuz bugün şərti sərhədlərdə demək olar ki, Ermənistan istiqamətindən Azərbaycana nüfuz edilə biləcək bütün yolları, yüksəklikləri nəzarətdə saxlayır".
Reaksiya.az xəbər verir ki, bu barədə Trend-ə hərbi ekspert Alparslan İmamqulu deyib.
Onun sözlərinə görə, bu da ordumuza imkan verir ki, düşmən tərəfindən ola biləcək təxribatların qarşısı əvvəlcədən alına bilsin:
"Bu səbəbdən Xankəndində narahatçılıq var. Xüsusən də Araik Artunyanın nəzarət tədbirləri adı altında bəyanat səsləndirməsi əslində buna xitab etməkdədir. Çünki düşmən Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri bəlirsizliyi aradan qaldırır. Çünki Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi özlüyündə Azərbaycan, Türkiyə, Azərbaycan münasibətlərinə təsir göstərir ki, bundan həm Ermənistan həm də ölkəmiz daxilində olan separartçı qüvvələr narahatdır. Azərbaycanın atacağı sərt addımların ilkin mesajı prezident İlham Əliyev tərəfindən Laçında verilmiş oldu. Bundan sonrakı dönəmlərdə gözlənilən odur ki, daha irimiqyaslı antiterror əməliyyatları keçirilsin. Laçında verilən digər mesajlardan biri də qayıdış planı nəticəsində Azərbaycan vətəndaşları artıq bu bölgələrə geri dönməkdədir və ərazilərə investorlar cəlb eilməkdədir. Belə olduğu halda azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması mütləq şərtlərdən biridir. Bu şərt o deməkdir ki, Azərbaycan ərazisində ola biləcək hər hansı bir təxribatın qarşısı alınacaq və terrorist qüvvəllər zərərsizləşdiriləcək".
Ekspert qeyd edib ki, bugün Ağdam istiqamətində ermənilər tərəfindən atəşkəsin pozulması düşmən tərəfindən bizə psixoloji təsir kimi qiymətləndirilə bilər.
"Təbii ki, bu özünü doğrulda bilməz. Çünki Azərbaycan artıq bölgədə təhlükəsizliyi təmin etməyə qadirdir. Ermənistan tərəfi bucür təxribatlarla ərazidə aparılan infrsatruktur işlərinə və sülh danışıqlarına əngəl törətməyə çalışır. Təxribata qarşı Azərbaycan Ordusu layiqli cavab tədbirləri görüb. Azərbaycan hazırda tək Cənubi Qafqazda deyil dünyada sözünü deyən dövlətlərdən biridir", - deyə o qeyd edib.
Şərhlər