6 erməni hərbçisi ilə əlaqə kəsildi – Sərhəddə nə baş verir?

29.05.2023 16:19     Sosreaksiya     543

“Teleqramın erməni seqmenti ehtiyatda olan polkovnik Vladimir Hovhannisyana istinadən “Qafan rayonunun Nerkin-Xand sərhəd kəndində 6 erməni hərbçisi ilə əlaqənin kəsildiyi” barədə məlumat yayıb”.

Bu barədə “Caliber” yazıb.

“Ola bilsin ki, Ermənistan hakimiyyəti Kişinyovda danışıqlar raundu ərəfəsində sülh gündəmini tamamilə pozmaq üçün ərazimizə daha bir təxribat qrupu göndərməyə cəhd etmək qərarına gəlib. Təsdiq və ya təkzib edilənə qədər bu məlumatı diqqətlə izləyəcəyik”, – “Caliber” bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan dövlət sərhədinin Zəngilan istiqamətinə təxribat-diversiya qrupu göndərib, sərhədçilərimiz tərəfindən təxribatın qarşısı alınıb, 2 erməni hərbçi saxlanılıb.

Reaksiya.az

Şərhlər