Xankəndidə qiyam hazırlanır
30.05.2023 12:28 Sosreaksiya 577
Xankəndidə separatçıların “başçısı” Araik Arutyunyana qarşı qiyam hazırlanır.
Reaksiya.az Publika.az-a istinadən xəbər verir ki, Paşinyanın adamı olaraq təqdim edilən Samvel Babayan genişmiqyaslı aksiyalara hazırlaşır.
“Hraparak” nəşri yazır ki, bu, 2018-ci ildə İrəvanda baş verən inqilabın Qarabağda da təkrarlanması ssenarisidir: “İdarələrin girişləri bağlanacaq, “dövlət idarələri” bloklanacaq”.
Nəşrin məlumatına görə, A.Arutyunyanın Xankəndidə “bütün növ toplantıları qadağan edən hərbi vəziyyətlə bağlı qərarı”nın səbəbi də budur.
“Babayanın planı haqda məlumatlar daxil olub, bunun qarşısını almaq məqsədilə hərbi vəziyyətə dəyişikliklər edilib. Mənbələrimiz bildirir ki, bu addımlar Rusiya sülhməramlılarının məsləhəti ilə atılıb”, - nəşr yazır.
Şərhlər