Deputat bu vəzifədən azad edildi
30.05.2023 12:33 Sosreaksiya 589
Rüfət Quliyev Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsindən azad edilib.
Bununla bağlı Milli Məclisin plenar iclasında qərar verilib.
Belə ki, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Kamran Bayramovun namizədliyi təsdiqlənib.
Şərhlər