Xankəndidə atışma səsləri – Şəhərdə nələr baş verir?
01.06.2023 13:51 Sosreaksiya 563
Qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanın Xankəndidəki tərəfdarları arasında atışma olub.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, hadisə mayın 28-də baş verib.
Belə ki, separatçıların keçmiş “deputat”ı Ayk Xanumyan Babayanın komandasında olan bir nəfəri təhqir edərək “Bu küçük də bizim komandamızdadır?” deyə sual verib. Bundan sonra Babayanın komandasından olan digər şəxs Xanumyandan bu sözlərinə görə üzr istəməsini tələb edib. Bu zaman Xankəndidə polis idarəsinin binasının qarşısına toplaşan tərəflərdən biri tapança ilə havaya atəş açıb.
Hadisədən sonra saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki, Samvel Babayanın komandasında bu cür davalar tez-tez baş verir, hətta onların arasında həbs olunanlar da var. Bir müddət öncə onun komandasında olan keçmiş “deputat” Seyran Ayrapetyan bıçaqlanmışdı.
Şərhlər