310 saylı orta məktəbdə "Son zəng" qeyd olunur - FOTOLAR

14.06.2023 11:02     Sosreaksiya     2711

Çoxları üçün 14 iyun adi günlərdən biri olsa da, məktəb məzunları üçün unudulmaz tarixdir. Bu gün ölkənin bütün məktəblərində "Son zəng" çalınır. 101 915 şagird bu gün məzun olur. 310 saylı orta məktəbin 11-ci sinif şagirdləri də 11 illik məktəb həyatına son qoyub, müstəqil həyata addım atırlar. 
 
 Məktəbin həyətində təşkil edilən təntənəli “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
 
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəsmiyə Quliyeva gələn qonaqları salamladı. Məktəbin bu ilki uğurlarından danışaraq, Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdi. Ölkəmizin gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu vurğuladı. Məzunların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək işlərdə fəal iştirak edəcəklərinə inandığını bildirdi, onlara müstəqil həyatlarında uğurlar arzuladı.
 
Tədbirdə çıxış edən digər qonaqlar da məktəb həyatına əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər diləyib və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə etdilər.
 
Çıxış edən müəllimlər məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı arzuladılar.
Tədbirdə buraxılış imtahanından yüksək nəticələr əldə edən şagirdlərə "Təşəkkürnamə" təqdim edildi.
 
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirildi.
 
Tədbirin sonunda rəmzi “Bilik açarı” X sinif şagirdlərinə təqdim olundu və “Son zəng” çalındı.

 
 
Nurgül
 

 

Şərhlər

Çox oxunanlar