Dərmanların satış qiymətini dövlət müəyyənləşdirəcək - DƏYİŞİKLİKLƏR
20.06.2023 12:29 Sosreaksiya 633
Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərin sayı müəyyənləşib.
Bu barədə qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.
“Qanuna 4 yeni maddənin əlavə olunması, milli qanunvericiliyimizə 18 yeni anlayışın gətirilməsi, eyni zamanda 11 maddə üzrə 86 dəyişikliyin edilməsi təklif olunur”,- deyə o bildirib.
Həmçinin Azərbaycanda dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi dövlət tərəfindən müəyyənləşdiriləcək.
Qanun layihəsində dəyişikliklərə görə, dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.
Ümumilikdə isə qanun layihəsində 7 istiqamət üzrə dəyişikliklər nəzərdə tutulub.
Şərhlər