Paris qatarında silahlı təcavüzkara müdaxilə - FOTOLAR

22.08.2015 16:04     Sosreaksiya     2417

Mülki geyimli iki amerikan əsgəri də daxil olmaqla üç amerikalı, Amsterdam-Paris səfərini icra edən qatardakı silahlı bir adamı təsirsiz hala gətirib. Hadisədə əsgərlərdən biri də daxil olmaqla üç nəfər yaralanıb.

Reaksiya.az xəbər verir ki, Amsterdam-Paris səfərini edən Fransanın Thalys firmasına aid qatardakı hücum bu gün səhər saatlarında baş verib. Əlində “Kalaşnikov” markalı avtomat olan 26 yaşındakı Mərakeş mənşəli bir təcavüzkarın ətrafa təsadüfi atəş açmağa başladığı bildirilib.

Oregondaki ABŞ Milli qvardiyasının keçmiş üzvlərindən olan 22 yaşlı Alek Skarlatos dostunun silahı şübhəli şəxsin əlindən alarkən yaralandığını söyləyib.

Mərakeş mənşəli təcavüzkarın niyyəti isə hələ də bilinmir.

Şərhlər

Çox oxunanlar