“Media Araşdırmaları və Monitorinq Mərkəzi” yeni layihəyə statr verir: - "Qərəzli və ikili yanaşmaların qarşısının alınması istiqamətində təşəbbüslər"

03.07.2023 18:17     Sosreaksiya     587

Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində “Media Araşdırmaları və Monitorinq Mərkəzi” ictimai birliyi 03.07.2023- ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Azərbaycana qarşı olan  qərəzli və ikili yanaşmaların qarşısının alınması istiqamətində təşəbbüslər” adlı layihəyə start verir.

 Bu gün Azərbaycan böyük zəfər nümayiş etdirib öz torpaqlarını azad edərək, qalıb dövlət olsa da  Ermənistan hələ də bəhanələrlə sülh müqaviləsinə imza atmaqdan yayınır. Təmas xəttində təxribatlar törətməkdə davam edir.Bununla da sülh müqaviləsinin imzalanmasından, 30 il öz torpaqlarında yaşamaqdan məhrum olan insanların öz yurd-yuvalarına qayıdışını ləngitməyə çalışır. Havadarlarına güvənən separatçılar silah daşımaqda, təxribat törətməkdə davam edir. Bu da ona dəlalət edir ki, separatçılara dəstək olan bu güclər Azərbaycana qarşı məkirli siyasətlərini davam etdirirlər.

Bu baxımdan dünyanın fərqli siyasi dairələrinin bu bölgədə maşası rolunu oynayan ermənilərin əsl simasını dünyaya göstərmək üçün beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək, dünya ictimaiyyətinə informasiyaların düzgün çatdırılması zərurəti olduqca vacibdir. Belə ki, dünya içtimaiyyətinin gözlərini açıb həqiqəti görməyə vadar etməsək, Ermənistanın havadarları həmişə bunu ört-basdır etməyə çalışacaq.

Heç kimə sirr deyil ki, sülh müqaviləsinin imzalanması regionda sülhün bərqərar edilməsi üçün alternativsiz hadisədir. Azərbaycanın bununla bağlı tələb və təklifləri konstruktivdir. Və Azərbaycanın tələbidir ki, ikili standartlara əsaslanan siyasətə son qoyulsun, həqiqətlərə ədalət prinsipi əsasında yanaşılsın.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar