Avtomobil ağaca çırpıldı - 3 nəfər yaralandı

17.07.2023 19:03     Sosreaksiya     275

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolonun Zaqatala rayonunun Lahıc kənd ərazisindən keçən hissəsində olub.

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.

Yaralılar  Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər