“Məni ölməyə qoymadılar” - Zəlimxan Yaqub
22.08.2015 16:27 Sosreaksiya 2785

Son günlər mətbuatda xalq şairi Zəlimxan Yaqubun səhhəti ilə bağlı müxtəlif xəbərlər yayılır.
Reaksiya.az dəqiq məlumat almaq üçün şairin özü ilə əlaqə saxlayıb.
Z.Yaqub Almaniyada 15 günlük müayinədən sonra Borçalıda, öz ata yurdunda müalicəsini davam etdirdiyini bildirib.
Həkimlərindən razılıq edən xalq şairi bunları deyib: “Sağ olsunlar, məni ölməyə qoymadılar. Çoxsaylı müayinələrdən sonra böyrək dəyişdirməyin mümkünsüz olduğunu bildirdilər. Səhhətimə, yemək-içməyimə ciddi fikir verməliyəm. Həkimlər mənə pəhriz saxlamağı və təmiz hava qəbul etməyi məsləhət gördülər. Elə buna görə də, öz dədə-baba yurduma Kəpənəkçi kəndinə gəlmişəm”.
Qeyd edək ki, Zəlimxan Yaqub böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.
Şərhlər