Bibiheybətdə restoranda işçilər arasında dava - Ölən var

26.07.2023 13:57     Sosreaksiya     588

Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən “Reaksiya.az”a bildirilib ki, ilkin məlumata görə, cinayət hadisəsi onun iş yoldaşı, 2002-ci təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib. R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər