Yol vermək üstündə dava, avtobus sürücüsü döyüldü
26.07.2023 14:40 Sosreaksiya 686
Ağdaşda avtobusla minik avtomobilinin sürücüləri yol vermək üstündə dava ediblər.
"Reaksiya.az" xəbər verir ki, hadisə Ləki yolunda qeydə alınıb.
Mingəçevir sakini Elnur Məmmədəliyev avtobusla hərəkətdə olarkən “Vaz 21015” markalı minik avtomobilinin sürücüsü Həsrət Məmmədov ona yol verməyib.
Mübahisə zamanı “Vaz 21015”in sürücüsü, Ləki kənd sakini H.Məmmədov avtobus sürücüsünün sifət nahiyyəsinə yumruq vuraraq ona xəsarət yetirib.
H.Məmmədov polisə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər