“Erməniləri qızışdırıb qarşıdurma yaratmaq istəyirlər” - Açıqlama

09.08.2023 13:59     Sosreaksiya     884

“Bəzi maraqlı ölkələr erməniləri qızışdırır, onlar da növbəti dəfə qarşıdurma yaratmağa çalışırlar. Hətta Laçın sərhəd-buraxılış məntəqəsinə hücum edib oranı açmaq haqqında fikirlər səsləndirirlər. Rusiya və Fransa isə açıq-aydın Ermənistanın maraqlarından çıxış edir və proseslərdə qızışdırıcı mövqe sərgiləyir. Sabah gərginlik, qarşıdurma olsa, erməniləri qızışdırıb ortaya atan həmin ölkələr dünyaya bunu tamam başqa cür təqdim edəcəklər. Beləliklə, həmişə olduğu kimi bir çoxu yenə də ermənilərin sözünü deyəcək”.
 
Reaksiya.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a politoloq Qabil Hüseynli deyib.
 
O bildirib ki, bu gün Ermənistanın arxasında dayanan dövlətlər onu açıq şəkildə təxribatlara təhrik edir. Ermənistana silah-sursat verənlər vəziyyətin dəyişməsinə, yenidən qarşıdurma olmasına çalışırlar. Bu da real vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olur. Azərbaycan indiyə kimi səbrli, təmkinli siyasət aparıb. Amma görünən odur ki, vəziyyət sadələşmək əvəzinə, daha da mürəkkəbləşir:
 
 
“Ermənistan öz havadarlarının köməyi ilə bölgədə təxribatlar törədir, sabitliyi pozur. İndiyədək Ermənistan daha çox Fransa və Rusiyanın təhriki ilə təxribat törədirdisə, prosesə İrandakı molla rejimi də qoşulub. Bu ölkə hazırda İrəvana dəstək verir. Regiondakı rus sülhməramlıları isə daha çox kommersiya fəaliyyəti ilə məşğuldurlar. Onlar ərazidə sülhün təmin olunmasına çalışmırlar. Ermənistanın silahlanmasında Rusiya fəal iştirak edir. Edilən xəbərdarlıqların da heç bir nəticəsi yoxdur. Belə olan halda Azərbaycan Vətən müharibəsində BMT-nin 4 qətnaməsini necə icra etdisə, indi də öz təhlükəsizliyi üçün müvafiq addımlar ata bilər”.
 
 

Şərhlər

Çox oxunanlar