Bu forma şagirdlər arasında sosial bərabərliyi özündə əks etdirir - Sevda Həsənova

23.08.2023 16:15     Sosreaksiya     2104

Son günlər sosial şəbəkələrdə məktəbli formaları ilə bağlı müzakirələr getməkdədir. 
"Reaksiya.az" xəbər verir ki, məsələ ilə bağlı Gəncə şəhər V.Əliyev adına 12 nömrəli tam orta məktəbin direktoru Sevda Həsənova bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məktəbli formaları ilə bağlı müvafiq qərarına əsasən yeni tədris ilində bizim məktəbdə də vahid məktəbli forması tətbiq ediləcək.
 Ötən tədris ilində məktəbin pedaqoji şurasında məktəbli forması ilə bağlı qərar qəbul edilib. Valideynlərin də rəyini nəzərə alaraq 4 geyim formasından birini seçdik. Seçilən geyim forması barədə məktəbin bütün valideynləri məlumatlandırılıb. Eyni zamanda onlar öz istəklərinə uyğun olaraq bu formaları tikdirə də bilərlər. Vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır, səliqəli nizamlı görünüşü təmin edir, şagirdlər arasında sosial bərabərliyi özündə əks etdirir.

Şərhlər