Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

29.08.2023 15:47     Sosreaksiya     809

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Bu barədə Reaksiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.


Şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Şərhlər