Xankəndiyə nə qədər qaldı? Araik götürüləcəkmi? - SİYASİ REAKSİYA - VİDEO
11.08.2023 15:57 Sosreaksiya 2030
Bu gün Rusiya ilə müharibə şəraitində olan Ukraynaya demək olar ki, bütün dünya tərəf durur, dəstəkləyir.
44 günlük savaşda Azərbaycan öz haqq davasını aparanda isə bu dövlətlər susmuşdu. Bəziləri isə açıq şəkildə təzyiqlər göstərməyə çalışırdı.
44 günlük savaşda Azərbaycan öz haqq davasını aparanda isə bu dövlətlər susmuşdu. Bəziləri isə açıq şəkildə təzyiqlər göstərməyə çalışırdı.
Bu gün istər Fransa, istər İran, istərsə də Hindistan var gücü ilə çalışır ki, Ermənistanı silahlandırıb regionda yenidən müharibə ocağı yaratsınlar.
Azərbaycanın şərtlərinə qarşı qarşı çıxan, imzaladığı bəyanatdan boyun qaçıran Ermənistan havadarlarına güvənərək, yenidən güc toplamağa çalışır, təxribatlar törədir.
Sülhməramlı missiyasınl həyata keçirən Rusiya isə Ermənistana daşınan silahları müşahidə edir. Məramı sülhü qorumaq olsa da hər vəcdlə Ermənistanın yanında olduğunu, qoruduğunu biruzə verir.
Bu gün həmin regionda sakitliyin tərəfdarı olan böyük güclər nədənsə Ermənistana təzyiq edə bilmir ki, sülh müqaviləsini imzalasın.
Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyə dəstəyi ilə Media Araşdırmaları və Monitorinq Mərkəzinin “Azərbaycana qarşı qərəzli və ikili yanaşmaların qarşısının alınması istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində çəkilən budəfəki verilşdə butun bu mövzular geniş şəkildə müzakirə olunub.
Şərhlər