Xaçatryanın məkəməsi: Prokuror elə bir sual verdi ki, Vaqif mat qaldı
24.10.2023 13:36 Sosreaksiya 501
Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir.
Bakı Hərbi Məhkəməsində baş tutan iclasda zərərçəkmiş Qərib Cəbiyev çıxış edib.
Zərərçəkən qeyd edib ki, hadisə baş verəndə 10 yaşı olub:
“Uşağın yadından heç nə çıxmır. Hər şey bugünkü kimi yadımdadır. Atam orada qalıb döyüşdü. Balaca idim, anamla qaçıb kənddən çıxdıq. Soyuqda çayı keçmişdim deyə aylarla ayağımdan müalicə aldım. Evdən çıxan kimi evimizi od vurub, yandırdılar. Nəinki Badaranın kişiləri, hətta qadınları da kəndin ayağına yığışmışdılar. Biz canımızın hayında idik, onlar isə Meşəlinin mal-qarasını Badaraya aparırdılar”.
Prokuror Vaqifə bu proseslə bağlı sual verib ki, qadınların orada olduğu həqqiqətdirmi? Vaqif isə bildirib ki, yox qadınlarımız orada olmayıb. Prokuror soruşub ki, bəs özün orada olmayıbsansa, bunu haradan bilirsən? Vaqif əlavə edib ki, axı hansı kişi qoyar ki, arvadı gedib mal-qara gətirsin?
“Vallah, bilah orada olmamışam. Sadəcə bilirəm ki, heç bir kişi bu hərəkətə yol verməz”.
Şərhlər