Fransa İrəvanda kəşfiyyat aparır - Nahapetyan

02.11.2023 13:01     Sosreaksiya     355

Fransa Ermənistanda çoxdan fəaliyyət göstərir və müxtəlif əməliyyatlar keçirmək bəhanəsi ilə bilavasitə kəşfiyyat işləri aparır, avadanlıqlar quraşdırır.

Bunu erməni hərbi ekspert Ayk Nahapetyan deyib.

“Hərbi satınalmalara gəlincə, bu, yalnız imzalanmış niyyət memorandumudur. Hamıya məlum olan o üç fransız hərbi texnikası (GM-200 sistemi nəzərdə tutulur – red.) Ermənistan və Rusiyanın hava hücumundan müdafiəsi üçün birgə həyata keçirdikləri tədbirlərin, həm kəmiyyət, həm də resurs baxımından gördüyü işlərin yanında bir heçdir. Onda bu, sadəcə niyyət memorandumudur, 2050-ci ildə verə bilər, ya da verməzlər. Bu heç nəyi həll etməyəcək. Burada problem Rusiyaya qarşı balans, imitasiya fonu yaratmaqdır. Fransa bura necə girdi? Silah gətirir, sursat gətirir, xeyriyyəçilik edir, Senat bəyanatlar verir və s.” – o qeyd edib.

Ekspertin fikrincə, Fransanın əsas məqsədi Ermənistan vasitəsilə Rusiya və İrana qarşı AB müşahidəçiləri ilə başlayan kəşfiyyat işini təşkil və idarə etməkdir:

“Bunu artıq Rusiya və İranın kəşfiyyat xidmətləri də çox yaxşı bilir. İrəvan hakimiyyətinin vəzifəsi Ermənistanın müdafiə qabiliyyətini artırmaq deyil”.

Reaksiya.az

Şərhlər