“Azəriqaz” rəhbərliyi vətəndaş qəbulu keçirəcək

02.11.2023 13:08     Sosreaksiya     373

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Naftalan şəhərində vətəndaş qəbulu keçiriləcək.

“Azəriqaz”dan Reaksiya.az verilən məlumata görə, noyabrın 4-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Naftalan şəhərinin, eləcə də Goranboy və Xocalı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional qaz istismarı İdarəsinə (tel: 050-845-92-92; 055-224-90-66) müraciət edə bilərlər.

Reaksiya.az

Şərhlər