Paşinyanın bu fikrini Bakı ciddi qəbul etmir

03.11.2023 12:28     Sosreaksiya     530

Paşinyanın “dünyanın kəsişməsi” adlandırdığı şey sadəcə cəfəngiyyatdır. Nə Azərbaycan, nə də Gürcüstan bunu ciddi qəbul edir.

Bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan deyib.

“Yeri gəlmişkən, əgər bugünün əsl “kəsişməsi” olan Azərbaycanla Gürcüstan “kəsişmə” sözünü işlətmirsə, Ermənistan liderinin bu sözü işlətməsi ən azı gülüncdür. “Dünyanın kəsişməsindən” danışan adam coğrafi mövqeyini geosiyasi kapitala çevirmək üçün heç bir addım atmayıb”, - o bildirib.

Reaksiya.az

Şərhlər