Təbrizli deputat: “Dünya süni intellektlə işləyir, biz isə interneti kəsirik!”

21.11.2023 14:12     Sosreaksiya     393

İran parlamentinin Təbrizdən seçilmiş millət vəkili Məsud_Pezeşkian molla rejiminin repressiya siyasətini tənqid edib.
AzVision.az “Saheb Xabar” agentliyinə istinadən bildirir ki, İran hökumətinin belə siyasəti nəticəsində İranda müasir dünyadan xeyli geridə qalan bir cəmiyyət yaradılacaq.

“Dünya süni intellektə, internet texnologiyasına doğru irəliləyir, biz isə virtual məkanı məhdudlaşdırırıq və bu cür davam etsək, yaxın gələcəkdə qabaqcıl dünyadan xeyli uzaqlaşacaq bir ölkə quracağıq. Biz həmişə internetdən yanlış istifadələrə diqqət yetiririk, halbuki internetdən səhv istifadə edənlərə görə yaxşı insanları da məhrum etməməliyik”, - Təbrizli deputat deyib.

Qeyd edək ki, ötən il yaşanan ümumxalq etirazlarından sonra İran hökuməti ölkədə söz və internet azadlıqlarını məhdudlşadırmaq istiqamətində repressiya siyasətini daha da gücləndirib.
 

Şərhlər