Araiki Bakının əlindən ala bilməyən Badasyan…

21.11.2023 15:09     Sosreaksiya     292

Qarabağdakı terrorçuların birinci batalyonunun komandiri, artıq məhv olmuş saxta rejimin başçısı Araik Arutyunyanın “təhlükəsizlik və təxliyə məsələsi üzrə nümayəndəsi” Vaan Badasyana cinayət işi açılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

V.Badasyanın ilk olaraq Ermənistan İstintaq Komitəsində dindirildiyi bildirilib.

Vəkil Rafael Martirsyan onun zorakılığa çağırış, bəraət qazandırma və ya təbliğ etmə cinayətlərinə görə dindirildiyini deyib.

Qeyd edək ki, V.Badasyan tez-tez Nikol Paşinyan və İrəvan hökuməti əleyhinə kəskin çıxışları ilə gündəmə gəlib.

Reaksiya.az

Şərhlər