Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür
22.11.2023 12:58 Sosreaksiya 549
Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni inzibati binanın inşası üçün tikinti işlərinə başlanılacaq.
Artıq Ədliyyə Nazirliyi bununla bağlı tender də elan edib və tikinti işlərini həyata keçirəcək şirkət axtarışındadır.
Yeni inzibati binanın harada yerləşəcəyi açıqlanmayıb.
Tikinti işləri başa çatdıqdan sonra məhkəmə yeni inzibati binaya köçürüləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi, 30 ünvanında yerləşir.
Şərhlər