Milli Məclisdə Ağdərə haqda müzakirə gedir
27.11.2023 12:05 Sosreaksiya 391
Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb.
Reaksiya.az bildirir ki, qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edir.
Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.
Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur.
Müzakirələrdən sonra yeni qanun layihəsinin parlamentin plenar iclasına tövsiyə edilməsi gözlənilir.
Şərhlər