Laçından qaçmağı bacaran erməni general həbs edilə bilər
15.12.2023 12:53 Sosreaksiya 327
Ermənistan İstintaq Komitəsi keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, Qarabağın, xüsusilə Şuşanın işğalında aktiv iştirak etmiş erməni terrorçu Arşavir Qaramyana qarşı ittiham irəli sürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Aravot” nəşri məlumat yayıb.
Məlumata görə, erməni terrorçu sentyabrın 19-da keçirilən antiterror əməliyyatları zamanı Ermənistanın Respublika meydanında baş verən böyük aksiya ilə bağlı paylaşım edib. 80-dən çox erməninin həbs olunduğu, hökumət binasına hücum edildiyi aksiyalar zamanı A.Qaramyan öz feysbuk hesabında italyan filosof, diplomat Nikkolo Makiavellinin “Məqsəd vasitələrə haqq qazandırır” cümləsini paylaşıb. O, Nikol Paşinyana qarşı keçirilən aksiyalara dəstək verib.
Beləliklə erməni terrorçuya qarşı zorakılığa çağırış, haqq qazandırmaq və bu məqsədlə məlumat yaymaqda ittiham olunub.
Qeyd edək ki, “Sputnik” A.Qaramyanın da Laçın “post”unda saxlanıldığını iddia etmişdi. Daha sonra bu məlumat təsdiqlənməmişdi.
Şərhlər