4 yaşlı uşaq qızılcadan vəfat etdi

15.12.2023 12:55     Sosreaksiya     421

TƏBİB qızılcadan ölən dörd yaşlı Şəmkir rayon sakini H.Allahyarovla bağlı açıqlama yayıb.

Qurumdan bildirilib ki, valideynləri uşağın stasionar müalicəsindən imtina ediblər.

“Serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixdə səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib. Həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər.

Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar