“Bizə ən böyük dərsi azərbaycanlılar verdi” - Erməni keşişdən şok etiraf

15.12.2023 13:10     Sosreaksiya     535

“Əliyev bizə təslim olmağı öyrədir. Razılaşma da sülh müqaviləsi yox, Ermənistanın təslim edilməsi müqaviləsi olacaq”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mixael Acapahyan deyib.

Onun sözlərinə görə, ermənilərə ən böyük dərsi azərbaycanlılar verdi: “Biz dövlət yaradan xalq deyilik, milli dövlət quran xalq kimi meydana çıxmamışıq. Bu gün hakimiyyətin dövlətçilik baxışı Ermənistanı xəritədə saxlamaqdır, amma bu dövlət demək deyil. Sərhədlərimiz olmayacaq, zamanla, Ermənistanda dominant xalq da ermənilər olmayacaq”.

Erməni keşiş çıxış yolu kimi Ermənistanda siyasi partiyaların ləğv edilməsini, dövlətin əvvəllər olduğu kimi yenə kilsədən idarə olunmasını təklif edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar