Əli İnsanov seçkilərlə bağlı qərarını VERDİ

18.12.2023 13:55     Sosreaksiya     508

Haqq Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin geniş tərkibdə iclasında qərar qəbul edilib.

Əli İnsanov iclasda deyib ki, İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik:

“Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük nailiyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək”.

İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar