Onun nəşini Rusiyadan gətirməliyik - Fazil Mustafa
26.12.2023 13:37 Sosreaksiya 423
Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilərək Şuşada dəfn edilməsi təşkil edilməlidir. Hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır.
Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa çıxış edib.
O bildirib ki, Rusiya ilə münasibətlərin normal olmasından istifadə edib buna nail olmaq mümkündür:
“Biz Qarabağa yalnız insanları deyil, həmçinin Azərbaycan dövlətçiliyində xidməti olan, tariximizə mühüm şəxsiyyət kimi düşmüş şəxslərin ruhunu da qaytarmalıyıq”.
Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan vəfat edib. Səhəri gün – 1943-cü il yanvarın 4-də Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə Yusif Vəzirə bəraət verilib.
Şərhlər