Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı qəbul edildi

26.12.2023 13:45     Sosreaksiya     442

 

  • Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı qəbul edilib.

Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı” müzakirəyə çıxarılıb.
Bəyanatı Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli oxuyub.

Bəyanatda deyilir:

“Azərbaycanlılar indiki Ermənistan ərazisində əsrlər boyu yaşayıb. Orada yaşayan əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət olduğunu tarixi sənədlər və xəritələr sübut edir. Təəssüf ki, mərhələ-mərhələ etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsi tam başa çatdırılandan sonra Azərbaycan torpaqlarının 20 %-i işğal edilib”.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar