"Arayik:"Mən özümü artıq Azərbaycan vətəndaşı hesab edirəm”

26.12.2023 13:54     Sosreaksiya     422

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi ötən gün Bakıda həbsdə saxlanılan Arayik Harutunyan, Ruben Vardanyan və daha iki separatçı ilə görüşüb.

Komitə sədri saytımıza açıqlamasında separatçıların saxlanılma şəraitdən razı olduqlarını söyləyib: “Arayik Artunyan, Ruben Vardanyan və daha iki separatçı ilə görüşdük. Onların heç biri saxlanma şəraitindən narazılıq bildirmədilər. Hətta Arayik Harutyunyan dedi ki, “mən özümü artıq Azərbaycan vətəndaşı hesab edirəm”

Tural Hüseynovun sözlərinə görə, Arayik Harutunyan əməllərindən peşman olduğunu deyib.

"Söhbət zamanı “Stepanakert” sözündən istifadə etdi, biz onun ifadəsini düzəldib “Xankəndi” dedik. Dedi ki, “indi Xankəndidir. O zaman dünyaya gələndə adı “Stepanakert” idi. Mən orada erməni məktəbində oxumuşam”.

Şəxsən Arayikin özü saxlanılma şəraitindən çox razıdır. Özünü rahat hiss edir. Deyir ki, həftədə bir-iki dəfə ailələri ilə əlaqə saxlayırlar. Biz orada Qızıl Xaçla da görüşdük. Qızıl Xaçdan onlara yardım gətirmişdilər. “Marlbro” siqaretlərinə qədər vardı. Onlara nəsə problemlərinin olub-olmadığını soruşdum. Heç bir problemlərinin olmadığını söylədilər”.

Xatırladaq ki, sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Qarabağda millətçi "Daşnaksütyun" partiyasının lideri, separatçıların keçmiş qondarma "parlament sədri" David İşxanyan, separatçıların keçmiş “prezidenti” Arayik Harutyunyan, Ruben Vardanyan, Davit Manukyan,Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan həbs edilərək Bakıya gətirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar