ANAMA əməkdaşı minaya düşüb

26.12.2023 14:21     Sosreaksiya     383

Ağdamda ANAMA əməkdaşı minaya düşüb.

Reaksiya.az ANAMA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün rayonun Sarıcalı kəndi ərazisində baş verib.

1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar