Həmrəylik Günündə Əbülfəz Elçibəyin məzarı ziyarət edildi - FOTOLAR

31.12.2023 16:18     Sosreaksiya     1184

Azərbaycan Bütövlük Platforması, Milli Hərəkatçılar Birliyi və sərhəd hərakatının veteranları bu gün Milli Həmrəylik Günü ilə bağlı Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

"Reaksiya.az" xəbər verir ki, törənə qatılan çoxsaylı gənclər Əbülfəz Elçibəyin məzarına əklillər qoyublar.

Tədbiri giriş sözü ilə açan ABP sədri Bəhram İsmayıl Milli Azadlıq və sərhəd hərəkatı haqda məlumat verib və bu möhtəşəm tarixdə Ə.Elçibəyin hərəkata rəhbərliyindən danışıb.

Sonra tədbirin idarə olunmasına dəvət edilən MHB Başqan müavini Qorxmaz İbrahimli çıxış edərək, öz təbriklərini çatdırıb və çıxışçıları tribunaya dəvət edib.

Tədbirə qatılan çoxsaylı iştirakçılardan KXCP sədri Mirmahmud Mirəlioğlu, sərhəd hərakatının nümayəndələri Siyavuş Mustafa, Namiq Talıbov və digərləri söz alaraq Həmrəylik Gününün Azərbaycanın müasir tarixindəki rolundan danışıblar.

Yüksək bayram əhval-ruhiyyəsində keçən tədbir xatirə fotoqraflarının çəkilməsi ilə başa çatıb.

 

Şərhlər