Kristal Abşeron məhkəməyə müraciət etdi
13.01.2024 16:51 Sosreaksiya 430
Kristal Abşeron müxtəlif kütləvi informasiya vasitələrində şirkət tərəfindən inşa olunan layihələrin keyfiyyətindən bəhs edən məlumatlarla bağlı ictimaiyyətə açıqlama verib.
Belə ki, Reaksiya.az-a verilən məlumatda bildirilir ki, son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində tərəfimizdən inşa olunan layihələrin keyfiyyətindən bəhs edən bir sıra əsassız və qərəzli məlumatlar paylaşılıb. Bugünədək Kristal Abşeron olaraq minlərlə sakinimizin sevincinə şərik olmaq və onları arzuladıqları mənzillə təmin etmək üçün var gücümüzlə çalışmışıq. Tikinti sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin etmiş, dövlətimiz tərəfindən aparılan islahatların ən böyük dəstəkçilərindən biri olmuşuq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq ətraflı məlumat əldə edə bilərsiniz. Müxtəlf sosial şəbəkə kanalllarında və elektron media portallarında Sumqayıt şəhəri 10-cu mikrorayonda inşa etdiyimiz çoxmənzilli yaşayış binasındakı mənzillə bağlı diqqətinizə çatdırmaq istəyirik ki, sözügedən mənzil MTK ilə mənzil sahibi arasında bağlanmış 19 mart 2019-cu il 000000242 №-li təhvil-təslim aktı əsasında tam təmirli və standartlara cavab verən şəkildə müştəriyə təhvil verilmişdir, həmçinin təhvil-təslim aktı əsasında mənzil tikinti normalarına tam cavab verir. Təhvil-təslim aktının mənzil haqqında olan təlimatlar hissəsində də sakinimizə bir sıra məlumat xarakterli informasiyalar verilib. Həmin aktda qeyd olunur ki, mənzildə yaşanmadığı təqdirdə oboy və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, mənzil sahibi tərəfindən bu tipli tövsiyələrin heç birinə əməl olunmayıb. Həmçinin qeyd etmək istəyirik ki, mənzil sahibi tərəfindən yaşadığı müddət ərzində ofisimizə hər hansı bir şikayət daxil olmayıb.
Sonda nəzərinizə çatdıraq ki, şirkətimizin işguzar nüfuzuna zərər gətirilməsi üçün məqsədli şəkildə paylaşılmış bu yalan məlumatlarla bağlı hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət olunub. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Şərhlər