Yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabit deyil – Rəsmi
18.01.2024 12:22 Sosreaksiya 264
Hazırda Azərbaycanda da digər ölkələrdə olduğu kimi, yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabit deyil.
Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, bir çox yoluxucu xəstəliklər baş qaldırır: “Qripin ağır növləri yayılmağa başlayıb. Qızılca ilə bağlı problem yaşanır”.
Komitə sədri qeyd edib ki, yoluxucu xəstəliklər daim nəzarətdə olmalıdır: “Nəzarət bir qədər zəifləyəndə xəstəlikdə alovlanma baş verir. Hər hansı yoluxucu xəstəliyin səngiməsi onun tamamilə sıradan çıxması demək deyil. Yəni xəstəlik hər zaman geri qayıda bilər. Ona görə də bu sahədə fəaliyyət göstərən qurumlar daim ciddi tədbirlər görməlidirlər. Ümumilikdə yaz sessiyası müddətində aidiyyəti qurumların iştirakı ilə Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsi nəzərdə tutulub”.
Şərhlər