Goranboyda ana və oğlu qazdan zəhərləndi

22.01.2024 11:08     Sosreaksiya     200

Goranboyda qızdırıcı soba zəhərlənməyə səbəb olub.

"Reaksiya.az"ın məlumatına görə, hadisə səhər saatlarında Dəliməmmədli şəhərində baş verib. Kərimova Tünzalə Yusif qızı və 1995-ci il təvəllüdlü oğlu Fərid Kərimovun qızdırıcı kimi istifadə olunan sobadan ayrılan qazdan zəhərlənib. Zəhərlənən şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Şərhlər