Şəhid V.Eyvazovun ailə üzvləri ilə görüşən RİH başçısı Abdin Fərzəliyev ailənin qayğıları ilə maraqlanıb. 

Qeyd edilib ki, xalqımızın qalib gəldiyi 44 günlük müharibədə minlərlə qəhrəman oğullarımız silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşüb. 3-cü dərəcəli

“Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medallarına layiq görülən kapitan Eyvazov Vüqar Eyvaz oğlu da həmin qəhrəmanlardan biri olub. V.Eyvazovun da böyük şücaət göstərdiyi antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib. 

Şəhid V.Eyvazovun ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Abşeronda şəhid Vüqar Eyvazov 35-ci doğum günündə yad edilib - FOTOLAR