“Makronu Azərbaycana dəvət edək” - Deputatdan TƏKLİF

01.02.2024 12:27     Sosreaksiya     157

“Bizi sanksiya ilə hədələyirlər. Əslində sanksiyalardan qorxmağa ehtiyac yoxdur. Baxın, İrana 40 ildir sanksiya tətbiq ediblər. İran öz silahlarını yaradıb, müdafiə sahəsini göcləndirib. Bizə sanksiya tətbiq etsələr, daha da müdafiəmizi gücləndirərik. Sanksiyaların tətbiqi həmin ölkələrin güclənməsi deməkdir”.

Bunu Milli Məclisin yaz sessiyası üzrə ilk iclasında deputat Aqil Abbas bildirib.

“Amma biz sanksiya tətbiq eləsək, onlar çöldə qalarlar. Rusiya Fransanı Afrikadan vurub çıxarıb. Fransanın urana ehtiyacı var, tək ümidi indi Qazaxıstana qalıb. Qazaxıstandan Fransaya iki yol var. Çünki uranı təyyarələrlə  daşımaq olmaz, mütləq gəmiylə daşınmalıdır. Bunun üçün ya Rusiyadan keçən yol, ya da Azərbaycandan keçən yol olmalıdır. Rusiya buna imkan vermir. Qalıb Azərbaycan. Bəs biz sanksiya tətbiq etsək, Fransa nə edəcək?! Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. O gəlsin, görsün ermənilər burada necə yaşayır. Biz nə kilsə uçuranıq, nə sinaqoq. Gəlsin görsün Şuşada o kilsələri necə təmir edirlər. Amma Allah haqqı mənim əlimdə imkan olsa, mən onları təmir eləmərəm”, - deputat vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar