AŞPA Azərbaycanın xeyrinə heç bir müsbət qərar qəbul etməyib - Fəzail Ağamalı

01.02.2024 12:36     Sosreaksiya     183

Azərbaycan hazırda ədalətsiz münasibtlər üz-üzə qalıb. Korrupsiyalaşan Avropa Parlamenti, AŞPA üstümüzə gəlir.

Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O qeyd edib ki, AŞPA islamafobiya ilə üstümüzə hücum edir: “Əslində, Azərbaycanın bu quruma üzv olmasında başlıca məqsəd xalqımızın pozulmuş hüquqlarının bərpasına nail olmaq idi. Amma heç bir halda bu qurum Azərbaycanın xeyrinə heç bir müsbət qərar qəbul etməyib".

Deputat bildirib ki, AŞPA bütün hallarda Ermənistanın yanında olub: “Ona görə də belə bir blokda yer almaq bizim üçün o qədər də faydalı deyil”

Reaksiya.az

Şərhlər

Çox oxunanlar