Ağdaş sakini odlu silahı polisə təhvil verdi
03.02.2024 21:00 Sosreaksiya 165
Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Reaksiya.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakini vəfat edən babasından qalan ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.
Şərhlər