Azərbaycanda bu idarələr ləğv edildi - SİYAHI
04.02.2024 12:45 Sosreaksiya 149
Naxçıvan Muxtar Respublikasındakı Yol Təmir İstismar idarələrinin adları və təşkilati hüquqi formaları dəyişdirilib.
Bununla bağlı müvafiq qərar verilib.
Qərara əsasən, muxtar respublikanın şəhər və rayonları üzrə 8 qurumun idarə statusu ləğv edilib.
Belə ki, Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərurdakı bu qurumlar yeni ad və təşkilati hüquqi forma ilə fəaliyyətlərini davam etdirəcəklər.
Həmin qurumlar qeyd olunan şəhər və rayonlar üzrə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib./İqtisadiyyat.az
Reaksiya.az
Şərhlər