Çexiya XİN Azərbaycana keçmək istəyən vətəndaşının saxlanıldığını təsdiqləyib
05.02.2024 19:30 Sosreaksiya 175
Çexiyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşının Ermənistandan Azərbaycana qanunsuz keçmək istəyərkən saxlanılmasını təsdiqləyib.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Çexiya XİN-in nümayəndəsi Mariana Vernerova ölkənin “CTK” agentliyinə açıqlayıb.
“Çexiya vətəndaşının saxlanılmasını təsdiq edirik”, - deyə Vernerova qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb. Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub. Müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.
Şərhlər