Azad edilən ərazilərdə daha 94 mina və 150 PHS aşkarlanıb

05.02.2024 20:15     Sosreaksiya     107

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.01.2024 - 04.02.2024) açıqlanıb.

ANAMA-dan Reaksiya.az-a verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda 78 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 150 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 336,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar