Yasamalda qazanxana partladı - Xəsarət alan var

06.02.2024 08:47     Sosreaksiya     98

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.

Hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar