Ağsuda 12 yaşlı qız dəm qazından öldü
07.02.2024 20:15 Sosreaksiya 143
Ağsuda dəm qazından ölüm hadisəsi baş verib.
Reaksiya.az-ın məlumatına görə, Ağsu şəhər S.Rzayev küçəsində yaşayan 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı hamam otağında dəm qazından zəhərlənib.
O, Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada göstərilən ilkin tibbi yardıma baxmayaraq 12 yaşlı qız xəstəxanada dünyasını dəyişib.
Şərhlər