Qadın mübahisə zamanı ərini YANDIRDI
09.02.2024 16:30 Sosreaksiya 134
Moskvada 37 yaşlı qadın münaqişə zəminində ərini yandırıb.
Reaksiya.az "REN TV"yə istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğundan məlumat verilib.
Hadisə fevralın 9-na keçən gecə Kaşirskoye şossesində yerləşən yaşayış binasındakı mənzildə baş verib.
Ağır yanıq xəsarətləri alan 35 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Şərhlər